Biz bütün yerli istehsalçıları və ixracatçıları məhsullarının üzərinə “Made with love in Azerbaijan” möhürü qoymağa çağırırıq, hansı ki, məhsulun Azərbaycanda istehsal olunduğunu və buraxıldığını təsdiqləyəcək.

Bu gün biz bu və ya digər məhsulun İngiltərə, Almaniya və ya ABŞ-da istehsal olunduğunu eşidəndə, ağlımıza avtomatik olaraq onun keyfiyyətli və faydalı olması gəlir. Bu ona görə baş verir ki, sözü gedən ölkələrin püxtələşmiş keyfiyyət brendi var, hansı ki, uzun illər ərzində müxtəlif ölkələrə ixrac edilən və keyfiyyətə zəmanəti təsdiqləyən lokal biznes və məhsullar sayəsində formalaşıb.

Lakin, bu gün bu ölkələr özlərinə xarici partnyorlar seçirlər və məhsullarının istehsalını və yığılmasını öz ölkələrində deyil, məsələn, Çin, Hindistan və Cənubi Amerika ölkələrində həyata keçirirlər. Buna baxmayaraq, məhsullar bütün dünyada “brend ölkə” məhsulu kimi qəbul olunur, çünki məhz bu ölkələr məhsulun yaradılmasında intellektual mülkiyyətin sahibidir ki, məhz bunlar da keyfiyyətin zaminidir.

Brendin reputasiyası bir günə formalaşmır. Bizölkəmizin statusunun yaxşılaşdırılması və möhkəmləndirilməsi işini aparmalı və Azərbaycanın “brend”ini yaratmalıyıq.

Biz əminik ki, nəticədə “Made with love in Azerbaijan” brendi keyfiyyətə zəmanət statusunu özündə möhkəmlədərək, biznesə yerli məhsulun irəlilədilməsində və onun müxtəlif ölkələrə ixracında kömək edəcək.

Biz istehsal olunan məhsulların üzərində istifadə etmək üçün “Made with love in Azerbaijan” loqotipini, həmçinin, yerli onlayn məhsullarda yerləşdirilməsi üçün onun rəqəmsal versiyasını hazırladıq.

Bu layihə vasitəsilə biz Azərbaycan məhsullarının digər ölkələrdə tanınma səviyyəsini artırmaq istəyirik ki, bu da öz növbəsində bizim məhsullarımıza xaricdə əlavə dəyər qatacaq və Azərbaycanın iqtisadiyyatının inkişafına öz töhvəsini verəcək.

Çap üçün
  • Made with in Azerbaijan

  • Made with in Azerbaijan

  • Made with in Azerbaijan

  • Made with in Azerbaijan

Kodu əldə et Geri
#b4a99e
#ffffff

Sayta yönləndirmə (yeni səhifədə)

Animasiyalı ürək döyüntüsü

Made with in Azerbaijan

Kodu əldə et
Kopyala

Dəstəyinizə görə təşəkkür edirik